Təməl

Cahangir Cavanşir oğlu Məmmədrzayev

Münsiflər heyətinin üzvü

Cahangir Cavanşir oğlu Məmmədrzayev
Cahangir Cavanşir oğlu Məmmədrzayev
Doğum: 14.06.1985, Bakı
Təhsil: A.N.Ələsgərov adına Respublika İncəsənət Gimnaziyası (1991-2002); Azərbaycan Memarlıq və İnşaat Universiteti, memarlıq fakültəsi (2002–2006); Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, menecment ixtisası (2021–2025).
Əmək fəaliyyəti: 2003–2005-ci illərdə “Kənan İnşaat və Ticarət” BM-də kompüter operatoru, 2007–2009-cu illərdə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda memar, 2009–2013-cü illərdə “Təmirçi” ŞKM-də baş memar, 2014–2019-cu illərdə “Qala-Group” MMC-də baş memar və direktor müavini, 2020–2021-ci illərdə “SHUR COMPANY” MMC-də baş memar, 2021–2023-cü illərdə Bakı Dövlət Layihə İnstitutunda direktor müavini, 2023–2025-ci illərdə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunda direktor vəzifələrində çalışmışdır. 2025-ci ildən etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəisinin birinci müavini – baş memar vəzifəsində fəaliyyət göstərir.
Əsas işləri: Səbail rayonunda “Oxford” məktəbi, Zəngilan və Füzuli rayonlarında yaşayış kompleksləri, Ağ Şəhərdə Uşaq-Yaradıcılıq Mərkəzi, “Sabah Residence” və “Park Bayıl” yaşayış kompleksləri, Pirəbədil kəndində “Shabran Hotel & Resort”, Gəncə DOST Mərkəzi, Cəbrayıl və Hadrut məscidləri, Horadiz–Ağbənd dəmir yolu stansiyaları, Ağdam Mədəniyyət Mərkəzi və yaşayış kompleksi.