Təməl

İlqar Aydın oğlu İsbatov

Münsiflər heyətinin sədri

İlqar Aydın oğlu İsbatov
İlqar Aydın oğlu İsbatov
Doğum: 1964, Bakı
Vəzifə: AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini; Azərbaycan Memarlar İttifaqının katibi.
Təhsil: Azərbaycan Mühəndis İnşaat İnstitutu, memarlıq fakültəsi (1984); Moskva Memarlıq İnstitutu, şəhərsalma fakültəsi (1984–1987).
Əmək fəaliyyəti: 1987-ci ildən Bakı Dövlət Layihə İnstitutunda memar kimi fəaliyyətə başlamış, 1998–2002-ci illərdə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda qrup rəhbəri və baş memar, 2002–2008-ci illərdə “Feniks-AA” MMC-də direktor, 2008–2019-cu illərdə Bakı Dövlət Layihə İnstitutunun direktoru olmuşdur.
Əsas işləri: 100-dən artıq memarlıq layihəsinin müəllifi, o cümlədən Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsi, Böyük Bakının Regional İnkişaf planı, yaşayış kompleksləri və inzibati binalar.
Elmi əsərləri: 20-dən çox məqalə
Fəxri adlar və mükafatlar: Əməkdar memar, “Ustad memar” sertifikatı, “Tərəqqi” medalı, “Şöhrət” ordeni, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin həqiqi üzvü.