Emin Musəvi
Münsiflər heyətinin üzvü
Emin Musəvi
Doğum: 29.09.1976, Bakı şəhəri
Təhsil: 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu politologiya ixtisası üzrə bitirib.
Əmək fəaliyyəti: 1997-1999-ci illərdə ANS ÇM radiosunda aparıcı, 1999-2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb. 2000-2002-ci illərdə hərbi xidmətdə olub. 2003-2004-ci illərdə Space TV-də aparıcı, 2004-2012-ci illərdə “Azad Azərbaycan” radiosunda direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda “Azad Azərbaycan” Televiziyasında aparıcı və müəllif kimi çalışıb. 2010-2015-ci illərdə Latviya səfirliyində KİV-lərlə iş üzrə məsləhətçi vəzifəsində işləyib. 2015-ci ildən ASAN Radionun, 2024-cü ildən etibarən isə həm də ASAN TV-nin direktoru vəzifəsində fəaliyyət göstərir.
Fəxri adlar və mükafatlar: Əməkdar jurnalist, "Tərəqqi" medalı, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı.