Təməl

Anar Adil oğlu Əliyev

Münsiflər heyətinin üzvü

Anar Adil oğlu Əliyev
Anar Adil oğlu Əliyev
Doğum: 1984, Bakı
Bloger-urbanist, tədqiqatçı və ictimai fəal.
Təhsil: 2006-cı ildə Azərbaycan Dövlət Neft və Sənayə Universiteti-nin İnformasiya Texnologiyaları fakültəsini magistr dərəcəsi ilə bitirmişdir. Peşəkar fəaliyyətinə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində başlamış, paralel olaraq müxtəlif illərdə bloqçuluq və jurnalistika fəaliyyəti ilə məşğul olmuşdur.
2012-ci ildə yol təhlükəsizliyi sahəsində fəaliyyət göstərən “Həyata Bağlan” ictimai birliyində aktiv iştirak etmiş, ictimai maarifləndirmə təşəbbüslərində yer almışdır.
2018-ci ildə urbanistika və nəqliyyat sahəsində maarifləndirməni təşviq edən “İnsan yönümlü şəhərlər” layihəsini təsis etmişdir. Layihə şəhər mühitinin insan mərkəzli planlaşdırılması, təhlükəsiz və əlçatan nəqliyyat sisteminin təşkili kimi mövzulara fokuslanır.
“İnsan yönümlü şəhərlər” layihəsi 2022-ci ildə Netty Milli İnternet Mükafatı çərçivəsində “Dövlət və Cəmiyyət” kateqoriyasında ilin ən yaxşı internet resursu seçilmişdir.
Münsiflər heyəti - Anar Adil oğlu Əliyev